Ərdoğan müsəlmanları Qarabağı azad etməyə çağırdı - BİRLİKDƏ HƏLL EDƏK - VİDEO
Muxalifet.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib.
Türkiyə prezidenti çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinə toxunub.
“Dağlıq Qarabağ münaqişəsini gözardı edə bilmərik. 20 ildən artıq davam edən danışqların heç bir nəticəsi yoxdur. ATƏT-in Minsk qrupu bu işi həll edə bilməyib. Biz bu istiqamətdə birlikdə hərəkət etməliyik. İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirləri həyata keçirə bilərik. Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq. Mən inanıram ki, biz bu məsələni birlikdə qaldırsaq, nəticəni də daha tez ala bilərik”.
Ərdoğan, həmçinin çıxışı zamanı Türkiyənin YPG, PKK, FETÖ və s. kimi terror təşkilatlarına qarşı mübarizə apardığını vurğulayıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub