Müdafiə naziri ön xətt bölmələrində olub - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olublar.
Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək gül dəstələri qoyulub. Sonra Müdafiə naziri, müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik Z.Həsənov birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb. Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Hərbi qulluqçular Müdafiə nazirinə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1009 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 968 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub