Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müstəqil media mərkəzində hazırlıq işləri başa çatıb və sabah açılışı olacaq.

Onun sözlərinə görə, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilər.

MSK sədri, həmçinin KİV-ləri seçkilərlə bağlı prosesləri ətraflı işıqlandırmağa çağırıb: "Seçkilərlə bağlı imza vərəqələrinin yoxlanması ilə bağlı cəmiyyətə az informasiya çatdırılır.

Biz iclasda deməklə olmur. Bunu cəmiyyətə kütləvi informasiya vasitələri çatdırmalıdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...