Ermənilər Dilqəmlə Şahbaza işgəncə verir - Vəkil təsdiqlədi
Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi internet saytında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən azərbaycanlılar- Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsi faktları göstərilib.
Mynews.az "Trend”ə istinadən xəbər verir ki, Dilqəm Əsgərovun vəkili Anar Bağırov bu məlumatları təsdiqləyib.
"Onlara daim işgəncələr verilir. Bu yeni hadisə deyil və bizdə məlumatlar var. Bu məsələ ilə bağlı bütün məlumatlar mütəmadi olaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Bu cür məlumatlar bizə daxil olan kimi məhkəməyə göndəririk ki, işin baxılmasını tezləşdirsinlər”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 995 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 958 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 948 dəfə oxunub