Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bahar Muradova: ATƏT PA-dakı dialoq mühiti bizim üçün əhəmiyyətlidir

Martın 12-də Milli Məclis (MM) sədrinin müavini, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Mynews.az xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

B. Muradova bildirib ki, Azərbaycan ATƏT-in bütün institutları ilə, o cümlədən Parlament Assambleyası ilə yüksək səviyyəli əməkdaşlığa malikdir və bu əməkdaşlığın daha da inkişafında maraqlıdır. 

“Bizim üçün ATƏT PA və onun çərçivəsində əməkdaşlıq və dialoq üçün yaranmış mühit çox əhəmiyyətlidir. 

Belə bir təşkilatın rəhbərliyinin yenidən Azərbaycanda olması bu əməkdaşlığın növbəti mərhələləri üçün yeni təkandır”, - deyə o əlavə edib.

ATƏT PA-nın sədri Georgi Tsereteli Azərbaycana səfərinin böyük əhəmiyyətə malik olduğunu söyləyib. 

O, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək ilk beynəlxalq sessiyasında iştirakdan məmnunluğunu bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...