Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əli İnsanov və İlqar Məmmədov azadlığa buraxılacaq"

"Əli İnsanov da, İlqar Məmmədov da həbsdən buraxılacaq”.

Mynews.az xəbər verir ki, bunu "Yeni Müsavat”a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib.

O bildirib: "Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə bildirib ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır: "Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...