ATƏT PA-nın sədri Azərbaycanın İpək Yolu üçün vacibliyi barədə danışdı
"Azərbaycan ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun vacib üzvüdür".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında ATƏT PA-nın sədri Georgi Tsereteli deyib.
O qeyd edib ki, ATƏT PA-da Azərbaycandan böyük nümayəndə heyəti mövcuddur və onlar yaxşı təşəbbüslər, o cümlədən İpək Yoluna Dəstək Qrupunu inkişaf etdirmək üzrə təşəbbüslər irəli sürür:
"Biz bu səylərin ilk nəticələrini görürük. Hazırda 22 ölkə bu qrupun üzvüdür. Bu layihələri sürətləndirmək vacibdir. Azərbaycan, Gürcüstan və Türkiyə İpək Yolu layihəsinin konkret və vacib hissəsini inkişaf etdirir".
G.Tsereteli qeyd edib ki, şəhərlər və cəmiyyətlər arasında əlaqə yaratmaq çox vacibdir, çünki bu amil biznesin inkişafı və əmək məşğulluğunun artması üçün faydalıdır:
"Ona görə də regiona çiçəklənmə və təhlükəsizlik gətirən layihələrin siyasi dəstəyi çox vacibdir. Mən hesab edirəm ki, Azərbaycan bu layihələrə mühüm töhfə verir".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1124 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1112 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1112 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1108 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1002 dəfə oxunub