ÖLKƏ "Azərbaycan yeni ticarət marşrutlarının inkişafına investisiyaların cəlbi üzərində işləyir"
Azərbaycan yeni ticarət marşrutlarının inkişafı üçün investisiyaların cəlb olunması üzərində işləyir.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir deyib ki, Azərbaycan "Deutsche Bank" və bu marşrutlara maraq göstərən ölkələrdən potensial investorlarla danışıqlar aparır.
Onun sözlərinə görə, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ATƏT regionunun iqtisadi inkişafına böyük töhfə verir:
"Son dövrlərdə Azərbaycan iqtisadiyyatın diversifikasiyası üzrə mühüm addımlar atıb. Bu sahədə Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, nəqliyyat dəhlizlərinə investisiyalar çox vacibdir".
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan xarici sahibkarlar üçün əlverişli şərait yaratmaqla, eləcə də prioritet qeyri-enerji sahələrini inkişaf etdirməklə öz investisiya potensialını genişləndirir:"Bu addımlar Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının tərkib hissəsidir. Ötən il biz həm Asiya, həm də Avropa üçün mühüm və etibarlı dəmir yolu əlaqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdik".
O qeyd edib ki, Azərbaycanın iştirakı ilə mühüm marşrut yollarından biri də Lyapis-Lazurdur: "Bu marşrut da Azərbaycanın iştirakı ilə Şərqlə Qərb arasında daha mühüm əlaqəyə xidmət edəcək".
Nazir bildirib ki, İpək Yolu marşrutu təkcə Azərbaycan üçün deyil, həm də marşrutun bütün iştirakçı ölkələri üçün iqtisadi inkişafa mühüm təkan verəcək.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 565 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 555 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 552 dəfə oxunub