Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Seçkiqabağı təşviqat yerləri müəyyənləşdi - SİYAHI

Aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat aparmaq üçün ölkənin şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı açıqlanıb. 

Mynews.az-ın xəbərinə görə, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb.

Bunun üçün ölkənin 76 şəhər və rayonunda yer müəyyən edilib. 

Müəyyənləşdirilən ünvanların sayı isə 152-dir. 

Onlardan 76-sı açıq, 76-sı isə qapalıdır.

Bakı şəhərinin 12 rayonunun hər birində seçicilərlə görüş üçün açıq və qapalı yerlər ayrılıb. 

Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...