Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zakir Həsənov tonqal qaladı - FOTO + VİDEO - FOTOLAR

General-polkovnik, müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Bu barədə Mynews.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...