Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qənirə Paşayeva: BMT bir neçə dövlətin marağını güdür

Bu gün beynəlxalq təşkilatlar - BMT başda olmaqla, bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur.

Mynews.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə,  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma BMT onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir:

“İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. 

Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada daha aydın gördük: 

“100 il əvvəl tarixdə olmayan “soyqırımı” barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi.

Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstərir”.

Millət vəkilinin bildirdiyinə görə, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür:

“Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib olabilmə ruhunda yetişdirməliyik və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...