Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputat: Afrin zəfəri həmrəylik tablosudur

Afrin azad olundu. Afrində zəfərin ən dəyərli tərəfi budur ki, hücumda Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə yanaşı, müsəlman kürdlərdən təşkil olunmuş Həmzə qruplaşması da iştirak edib.

Mynews.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, müsəlman kürdlər PKK/YPG-yə kürd xalqının adından sui-istifadə edən erməni-marksist bandası kimi baxırlar:

“Bu, Türk-Ərəb-Kürd qardaşlığının bir həmrəylik tablosudur. Bu, Türkiyənin gələcəkdə bölgəyə gətirəcəyi barışın da işarəsidir. Çünki Suriya elə bir coğrafiyadır ki, bu amili heç cür diqqətdən qaçırmaq olmaz.

Türk ordusunun burada uzun müddət qalmaq niyyətində olmadığı bəllidir.

Bölgənin gələcək sabitliyinin təminatı üçün mütləq dini və etnik zəmində uzlaşmaya ehtiyac var.

Bütün hallarda Çanaqqala zəfəri ilə Afrin zəfərinin üst-üstə düşməsi sevindiricidir.

Azərbaycanda bu zəfəri sevinclə qarşılayanlara, Türk Ordusu üçün dualarını, sevgilərini əsirgəməyənlərə salam olsun!”, - deyə millət vəkili əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...