İlham Əliyevə dünya çempionatlarının biletləri təqdim edilib
Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Mynews.az-ın məlumatına görə, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parkda olublar.
Çay süfrəsinə qonaq olan dövlət başçısı və xanımı milli mətbəximizin müxtəlif nümunələrindən dadıblar.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib ki, Novruz bayramı münasibətilə milli mətbəximizə aid xüsusi olaraq 27 poçt markası hazırlanıb.
Prezident və xanımı poçt markalarını imzalayıblar və möhürləyiblər.
Dövlət başçısı və xanımı Azərbaycan Gimnastika Federasiyasının stendində bədii, aerobika, akrobatika və idman gimnastlarının nümunəvi çıxışlarına baxıblar.
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ISMA Bikes” zavodunun istehsalı olan velosipedlərə baxıblar. Prezident İlham Əliyevə BMX velosipedi üzrə dünya çempionatının ilk bileti təqdim olunub.
Dövlət başçısına cüdo üzrə dünya çempionatının ilk bileti də təqdim edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəmər güləşi üzrə idmançıların çıxışlarını da izləyiblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə görüşüblər. Azərbaycan prezidenti Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1101 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1088 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1088 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1085 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 987 dəfə oxunub