Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərdoğandan ABŞ-a SƏRT CAVAB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamentinin Afrindəki vəziyyətlə bağlı bəyanatına münasibət bildirib.

Mynews.az  xəbər verir ki, R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısındakı çıxışında ABŞ-ın terrorçularla əməkdaşlıq etdiyini və Türkiyənin terrorizmlə bağlı qayğılarına etinasız yanaşdığını bəyan edib:

"Biz sizə Suriyanı terror təşkilatlarından birgə təmizləməyi təklif edəndə harada idiniz? PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyinizi dediniz. "Gəlin İŞİD-i birlikdə təmizləyək" deyən zaman bizə inanmadınız. İndi isə, Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə PYL/YPG-ni necə təmizlədiyini izləyin. Türkiyə ilə strateji tərəfdaş olduğunu deyərək terrorçularla əməkdaşlıq edən ABŞ, onlara 5 min yük maşını silah və texnika verdi. Biz pulumuzla silah almaq istəyən zaman bizə satmadığınız silahları onlara pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir və keçməyə davam edəcək".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...