"Azərbaycan gəncləri prezident seçkilərində fəal olmalıdır"
"Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkilərin uğurla keçiriləcəyinə əminəm. Azərbaycanda işlək seçki mexanizminin olması belə deməyə əsas verir. Ölkəmizdə demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb".
Mynews.az bildirir ki, bu fikirləri SİA-ya açıqlamasında "İrəli" İctimai Birliyinin sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Mirhəsən Seyidov deyib.
Azərbaycanın demokratik ölkə olduğunu bildirən M.Seyidov deyib: "1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində şəffaflıq təmin olunub, demokratik prinsiplərə tam əməl edilib. Ölkəmizin böyük seçki təcrübəsi formalaşıb. Seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb, həm beynəlxalq, həm də yerli müşahidəçilər Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirlər. Əminəm ki, bütün dünya aprelin 11-də bir daha Azərbaycanın demokratik seçki ənənələrinin şahidi olacaq".
"İrəli" sədri Azərbaycanın son illərdə böyük inkişaf yolu keçdiyini, ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlandığını dilə gətirib: "Demokratik, şəffaf seçkilərin keçirilməsi üçün bu, çox mühüm amildir. Son illər Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər təbəqəsi və idman siyasəti olub. Gənclər siyasəti nəticəsində bu gün Azərbaycan dövlətinin idarə olunmasında fəal iştirak edən güclü gənclər ordusu formalaşıb. Cəmiyyətin ən fəal təbəqəsi kimi gənclər də seçkilərdə fəal olmalıdırlar. Azərbaycan gənci bütün ictimai-siyasi proseslərdə daim aktiv olub və gənclərimizin apreldə keçiriləcək prezident seçkilərinin, eləcə də seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə inanıram".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 973 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 941 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 931 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 930 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 928 dəfə oxunub