Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəran, Lerik və Astara rayonlarında modul tipli 16 məktəb quraşdırılacaq

Azərbaycan prezidenti İlham Əliyev "Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalayıb.

Mynews.az-ın məlumatına görə, sərəncamda qeyd edilib ki, Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 4 milyon 942 min  manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək,Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...