Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya Dövlət Duması aparatında islahatlar aparılacaq

Rusiya Dövlət Dumasının rəhbərliyi aparatın üç idarəsi: analitik, iqtisadi və ictimaiyyətlə əlaqələr və KİV ilə qarşılıqlı fəaliyyət idarəsində islahatlar hazırlayıb. 

Mynews.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. 

Nəşrin mənbəyi bildirib ki, analitik idarə ekspert-analitik, maliyyə idarəsi isə iqtisadi-maliyyə idarəsi olacaq.  

Ekspert-analitik idarə müsabiqələrin keçirilməsi və ekspert təşkilatların xidmətlərinin alınması ilə məşğul olacaq. İqtisadi-maliyyə idarəsinə proqnozlaşdırma, ekspertiza və təhlil funksiyalarının bir hissəsi veriləcək, eləcə də qanun layihəsinin ekspert dəyərləndirməsi ilə məşğul olacaq. 

İqtisadi və analitik istiqamətin rəhbərləri, çox güman ki, dəyişdiriləcəklər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...