Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Cənab İlham Əliyevə alternativ yoxdur"

Ümumiyyətlə, İlham Əliyevə alternativ yoxdur. 2003-cü ildən 2018-ci ilə qədər Azərbaycanın iqtisadiyyatı 6 dəfə böyüyüb. Adambaşına ümumi daxili məhsul (ÜDM) 2003-cü ildə 7 milyard manat idisə, 2018-ci ildə bu 70 milyard manat təşkil edib. O dövrdə adambaşına ÜDM 890 manat düşürdüsə, hazırda bu rəqəm 7 min 450-ə manat təşkil edir.

Mynews.az bildirir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

Millət vəkilinin sözlərinə görə, digər tərəfdən "Regionların sosial-iqtisadi inkişafı haqqında" dövlət proqramları qəbul olunub: "Bu, 2004-2009, 2009-2013-cü illəri əhatə edir. Bu dövlət proqramlarının qəbul olunması yerlərdə, regionlarda yeni iş yerlərinin yaradılmasına, o cümlədən yoxsulluğun aşağı düşməsinə gətirib çıxarır. Gördüyünüz kimi 2003-cü ildən 2018-ci ilin mart ayına qədər Azərbaycanda 1 milyon 980 min iş yerləri yaradılıb. Ondan 1 milyon 400 mini daimi iş yerləridir. Bu iş yerlərinin yaradılması Azərbaycanda yoxsulluğun (5,4 faiz), işsizliyin (5 faiz) aşağı düşməsi ilə nəticələnib. Yəni bunu yaxın ölkələrlə, bizim post-Sovet ölkələri ilə müqayisə edəndə görərik ki, Azərbaycan çox irəlidə gedir.

Mən düşünürəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkə prezidentini dəstəkləyir. 1 milyon 550 min seçici həmkarlar təşkilatının qurultayında cənab İlham Əliyevi dəstəkləməyə söz verib və qərar qəbul edilib. Əminəm ki, bu seçkilər aşkarlıq və demokratik şəraitdə keçəcək. Hər bir Azərbaycan vətəndaşı aprelin 11-də ölkəmizdə keçiriləcək seçkilərdə iştirak edib öz fikirlərini bildirəcək".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...