QHT rəsmisi: "İlham Əliyev Vətən, xalq sevdalısıdır"
"İlham Əliyevin Azərbaycan Respublikası prezidentliyinə yenidən namizədliyinin geniş ictimaiyyət tərəfindən dəstəkləndiyini, prezidentliyə digər namizədlərin əksəri də bilir, görür və istər əyani şəkildə, istərsə də, ən azından özlüyündə etiraf edir. Elə başa düşürəm, prezidentliyə digər namizədlər ən yaxşı halda ikinci yer uğrunda mübarizə apardıqlarının fərqindədir. Bilirsiz, mən bu fikirləri, hansısa namizədin zəif yaxud resurssuz olması ilə bağlamaq istəməzdim. Əsas məqam İlham Əliyev cənablarının vəd verən yox, iş görən siyasi və dövlət xadimi olması, dövlətə başçılıq etdiyi keçən dönəmlərdə həyata keçirdiyi böyük işlər və ümumxalq məhəbbəti ilə bağlıdır".
Mynews.az bildirir ki, bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, indi İlham Əliyevə siyasi rəqib olaraq namizdəliyini vermiş yaxud bu iddiada olmuş vətəndaşlarımızın bir neçəsi məhz İlham Əliyev dönəmi Azərbaycan ictimai-siyasi mühitinin yetişdirdiyi insanlardır: "Yeri gəlmişkən, bir sıra siyasi islahatlar da İlham Əliyevin adı ilə bağlıdır. O cümlədən siyasi partiyaların, ictimai birliklərin, media orqanlarının maliyyələşdirilməsi, keçmiş prezidentlərin və onların ailə üzvlərinin dövlət müdafiəsi və s.
Respublikamızı müxtəlif işlək ölkələrarası daşıma xətlərinin keçdiyi yaxud başlandığı məkan kimi təsdiq edən, bizi kosmos ailəsinin üzvünə çevirən, silahlı qüvvələrimizi düşmənin belə etiraf edəcəyi səviyyədə gücləndirən, milli müdafiə sənayemizi çox ciddi şəkildə gəlişdirən, yeni dövlət orqanları yaradan, az qala bütün əməli çalışma sahələri üzrə dövlət proqramlarını imzalayan məhz İlham Əliyevdir.
İlham Əliyev ASAN Xidmət brendini yaradıb, digər Azərbaycan brendlərinin yaradılması üçün elm xadimlərinə, işadamlarına müraciət edib. İstər bu vəsilə ilə, istər onlarla başqa (məsələn, Ramil Səfərov, Mübariz İbrahimov olayları kimi) misallarla da göstərə bildiyimiz şəkildə, İlham Əliyev Azərbaycanımızı alovlu məhəbbətlə sevən vətənpərvərdir, Vətən, xalq sevdalısıdır. Özü də bu sevda yalnız sevdalılıq kateqoriyasında qalmayıb, dünya birliyinə, olaylara, insanlara, işə münasibətdə peşəkarcasına təcalla edir.
Əlbəttə, cənab prezidentin başlatdığı yaxud tamamladığı, yüksək səviyyəyə çatdırdığı işlər çoxdur və biz bilirik ki, elin gözü tərəzidir. Xalqımızın 11 aprelə gedən yolu və çeçimi mübarək olsun".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 991 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 967 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 956 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 955 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 952 dəfə oxunub