Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənilər şəhid əsgərimizin vurulma anını paylaşıb - VİDEO

Erməni hərbçiləri Azərbaycan ordusunun əsgərinin vurulma anını lentə alaraq paylaşıblar.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, videodan da görünür ki, ordumuzun hərbi qulluqçusu düşmən snayperinin gülləsinə tuş gəlib. 

Qeyd edək ki, martın 24-ü cəbhənin Tərtər rayon istiqamətində düşmən tərəfin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Rzayev Xəyyam Pənah oğlu şəhid olub.

Şəhid 2017-ci ilin aprel ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yola salınıb.

Şəhidin sabah doğulduğu Cəlilabad rayon Uzuntəpə kəndində torpağa tapşırılacağı bildirilir.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...