Yerevana səfər edən azərbaycanlılar - "Bilsələr azərbaycanlıyıq, qibləmizi aşırarlar" - VİDEO
Son illər Novruz bayramı tətillərini xaricdə keçirən İran vətəndaşlarının bir qismi qonşu Ermənistana üz tutur.
Turizm üzrə Ermənistan Dövlət Komitəsinin məlumatına görə, il ərzində Ermənistana baş çəkən təxminən 1,3 milyon turistdən təxminən 18 faizini İran vətəndaşları təşkil edir.
İranlı turistlərinin böyük hissəsi Ermənistanda martın 15-dən sonrakı üç həftə ərzində olur. Qonaqların rahatlığı üçün yol nişanları, nəqliyyat və məişət xidmətləri barədə fars dilində lövhələr hazırlanıb.
İranlı qonaqlar Ermənistanın görməli yerlərinə və Dağlıq Qarabağa səyahətə, vaxtlarını restoranda keçirməyə dəvət olunur. Bu günlər onlar üçün öz ölkələrində qadağan olunmuş və Qərbdə yaşayan ifaçıların iştirakı ilə konsertlər təşkil edilir.
Bu il də iranlı qonaqlar Yerevan Novruz konsertlərinin daimi iştirakçıları Ququş və erməni mənşəli İran müğənnisi Əndini dinləməyə dəvət olunurlar. Yerevanın bir çox yerlərində onların afişalarına rast gəlmək olar.
Novruz bayramını Yerevanda keçirən İran vətəndaşları arasında azərbaycanlılar da az deyil.
Onların bir neçəsi ilə BBC-nin Yerevan müxbiri Aleksey Manvelyan söhbət edib (BBC).
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 966 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 928 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 919 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 918 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 916 dəfə oxunub