Hikmət Hacıyev: Ermənistan danışıqları uzatmaq istəyir
Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması, deyəsən, Ermənistan xarici işlər nazirini ciddi şəkildə narahat edir.
Mynews.az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu gün İrəvanda mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərkən deyib.
XİN rəsmisinin sözlərinə görə, Ermənistan hər bir vəchlə qəsdən danışıqların danışıqlar naminə aparılması və danışıqların imitasiya edilməsi siyasətini yürüdür.
“Bununla, Ermənistan danışıqlar prosesini uzatmaq və Azərbaycan ərazilərinin işğalının davam etdirmək kimi çirkin məqsəd güdür.
Münaqişənin fundamental əsasını təşkil edən işğal faktına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması əvəzinə, Ermənistanın siyasi-hərbi rəhbərliyi qəsdən danışıqlarda diqqəti texniki-köməkçi məsələlərə yönətməyə çalışır.
Ermənistanın bir dövlət olaraq Azərbaycanın əzəli torpaqlarında yaradılması tarixi faktdır.
Ermənistanın siyasi-hərbi rəhbərliyinə XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən yalnız Yerevan şəhərində aparılmış əhalinin siyahıyaalma statistikasına nəzər salmağı tövsiyə edərdik.
Hələ də mifik və xəstə “böyük Ermənistan” xülyası ilə yaşayan Ermənistan rəhbərliyi natamamlıq kompleksindən əziyyət çəkərək müxtəlif əfsanələrlə erməni xalqını aldatmaq, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürmək və işğalçılıq siyasəti yürütməklə məşğuldur.
Regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan rəhbərliyi Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi əməllərinə görə məsuliyyətini etiraf etməli, BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə görə daşıdığı öhdəliklərinə əməl etməli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, öz qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”, - deyə H. Hacıyev sonra qeyd edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1005 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 964 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 954 dəfə oxunub