Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan-İran biznes forumu keçirilir - YENİLƏNİB - FOTOLAR

Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Mynews.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

Prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.

Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.

10:30

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.

Mynews.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak edirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...