Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əflatun Amaşov: "Məqsədləri cəmiyyətdə bölücülük yaratmaq, vətəndaşlar arasında münasibətləri pozmaqdır"

Azərbaycanı tərk edən bir neçə şəxs heç bir əxlaqi prinsipləri gözləmədən qarayaxma ilə məşğuldur.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycanı tərk edən bir neçə şəxs heç nəyə məhəl qoymadan Azərbaycan dövlətinin rəmzlərinə, ayrı-ayrı şəxslərə qarşı heç bir əxlaqi prinsipləri gözləmədən qarayaxma ilə məşğul olur:

"Biz bu çirkin kampaniyanı seçkilərlə əlaqələndiririk. Biz əvvəlki seçkilərdə də bu sayaq "mübarizə üsulları" ilə tanışıq, ancaq bu dəfə nifrət, təhqir, qərəz, söyüş əsas metod kimi seçilib. Məqsəd cəmiyyətdə bölücülük yaratmaq, vətəndaşlar arasında münasibətləri pozmaqdır. Biz buna məhəl qoymaya bilərdik, ancaq ABŞ-da, Avropa ölkələrində on minlərlə azərbaycanlı yaşayır ki, onlar orada ölkəmiz haqqında öz ətrafında olan insanlara məlumat verirlər. Lakin çirkin kampaniyaya qoşulmuş insanlar söyüşü, təhqiri əsas metod kimi götürür. Bu məsələlər bizi narahat edir və biz buna qarşı mübarizə aparmalıyıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...