Milli Məclis soyqırımın 100 illiyi ilə əlaqədar bəyanat qəbul edib
Milli Məclisdə ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı keçirilən xüsusi iclasda bəyanat qəbul olunub.
Mynews.az xəbər verir ki, bəyanatı Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub.
Bəyanatda deyilir:
“1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir.
O dövrdə Bakı şəhərində, eləcə də, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik-dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidələrinin, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan edilməsi “Böyük Ermənistan” xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil edir.
Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar, daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilib. 100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub”.
Bəyanatda Dağlıq Qarabağın ermənilərin tərəfindən işğalı vurğulanıb, insanların qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilib. Milli Məclis beynəlxalq təşkilatlara, dünya dövlətlərinə müraciət edərək qeyd edib:
1. Gələcəkdə erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri soyqırımı cinayətlərinin tanısınlar.
2. Gələcəkdə soyqırım cinayətlərinin cəzasız qalmamasının təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini başa çatdırsınlar.
3. Azərbaycan xalqına qarşı yeni soyqırım cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqaşisənin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə kömək göstərsinlər.
Bəyanat səsverməyə çıxarılaraq qəbul olunub.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub