Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Siyavuş Novruzov: "Xaricdə yaşayan bəzi azərbaycanlılar sapı özümüzdən olan baltalardır"

Xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar. Onlar Fransada Azərbaycan səfirliyi qarşısında aksiya keçiriblər. Lakin bir dəfə də olsun, Ermənistan səfirliyi qarşısında aksiya keçirməyiblər.

Mynews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, belələri sapı özümüzdən olan baltalardır: "Vətənə, Azərbaycan Ordusuna qarşı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir".

Millər vəkili bildirib ki, həmin insanların Azərbaycanın rəsmi şəxslərini təhqir etməyə ixtiyarı yoxdur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...