Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

MN nümayəndə heyəti beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 4-ü və 5-də Moskva şəhərində keçiriləcək VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.

Müdafiə Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...