Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident misirli həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Əbdülfəttah əs-Sisini Misir Ərəb Respublikasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Mynews.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycanla Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...