İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı öz işinə başlayır.
Mynews.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Qoşulmama Hərəkatının xarici işlər nazirləri konfransının sədri, Venesuelanın xarici işlər naziri Xorxe Arreaza çıxış edəcək.
Daha sonra Qoşulmama hərəkatı 17-ci nazirlər konfransına sədr seçiləcək. Konfransda həmçinin Türkiyə, İran, Şimali Koreya, Əfqanıstan, Hindistan, Fələstin, Ekvador kimi ölkələrin xarici işlər nazirləri, BMT Baş Assambleyasının sədri Miroslav Layçak iştirak edir.
Aprelin 6-dək davam edəcək konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edəcək.
Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.
Xatırladaq ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. 2019-cu ildə Azərbaycan Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək.
Qoşulmama hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1136 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1124 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1124 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1122 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1012 dəfə oxunub