XİN rəhbəri BMT Baş Assambleyasının sədrini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən aralıq nazirlər Konfransı çərçivəsində BMT Baş Assambleyasının sədri Miroslav Layçakı qəbul edib.
XİN-dən Mynews.az-a verilən məlumata görə, M.Layçak Slovakiya xarici işlər naziri kimi 2010-cu ildə Azərbaycana səfərini xoş təəssüratlarla xatırlayaraq, bu illər ərzində Azərbaycanın bütün sahələrdə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb və yenidən ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.
M.Layçak həmçinin Qoşulmama hərəkatı xarici işlər nazirlərinin Bakı Toplantısının yüksək səviyyədə təşkilini qeyd edib.
Tərəflər Azərbaycan və BMT əlaqələri barəsində geniş fikir mübadiləsi apardı və münasibətlərin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
E.Məmmədyarov Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhvəsini verdiyini vurğulayıb və bu xüsusda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də TŞ-na sədrlik dövründə fəaliyyəti barəsində danışıb.
O, həmçinin ölkəmiizn BMT-nin ixtisaslaşmış və digər qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
M.Layçak BMT-nin fəal üzvü kimi təşkilatın Azərbaycanla əlaqələrə önəm verdiyini və münasibətlərin dərinləşməsində Azərbaycanın səylərinin, BMT-nin təşəbbüsü ilə təşkil olunmuş qlobal miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu, eləcə də gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdiyi halda Ermənistanın bu tələblərə əməl etmədiyini və güc tətbiq edərək Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini qeyd edib.
Görüşdə BMT Baş Assambleyasının gündəliyinə duran məsələlər, Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 924 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub