Monqolustandakı yeni səfirimiz etimadnaməsini təqdim edib
Azərbaycanın Monqolustanda yeni təyin olunmuş səfiri Rəmzi Teymurov etimadnaməsini Monqolustan prezidenti Xaltmaaqiyn Battulqaya təqdim edib.
Mynews.az xəbər verir ki, etimadnamənin təqdimetmə mərasimindən sonra keçirilən görüşdə prezident Xaltmaaqiyn Battulqa yaxın tarixdə Azərbaycan və Monqolustan arasında əlaqələrin sıx olduğunu, müasir dövrdə ikitərəfli əlaqələrin inkişafı üçün imkanların geniş olduğunu qeyd edib.
Səfir R.Teymurov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monqolustan prezidentinə çatdırıb. İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı təmasların əhəmiyyətli olduğunu diqqətə çatdıran diplomat bu çərçivədə ölkə başçıları arasında ötən ilin sonunda baş tutmuş telefon danışığının, həmçinin Monqolustan xarici işlər nazirinin martda Bakıya işgüzar səfərinin əməkdaşlığımızın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Səfir hazırda ikitərəfli ticarət əlaqələrinin mövcud potensialı əks etdirmədiyini, bu sahədə əlaqələrin inkişafının vacibliyini, xüsusilə kənd təsərrüfatı, enerji və turizm sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.
Prezident Xaltmaaqiyn Battulqa, öz növbəsində, onun da salamlarının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. O, ticarət sahəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə iyunda Ulan-Batorda Azərbaycan-Monqolustan biznes forumunun keçirilməsini təklif edib.
R.Teymurovun Monqolustanın xarici işlər naziri Damdin Tsoqtbatar, xarici işlər nazirinin müavini Batmunx Batsetseq, Təhsil, Mədəniyyət, Elm və İdman Nazirliyinin dövlət katibi Lxaqva Tsedevsuren, Milli Ticarət və Sənaye Palatasının prezidenti Lxaqvacav Baatracav ilə də keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1012 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 970 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 959 dəfə oxunub