Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Seçkiləri izləyəcək ölkələrin sayı artır

ATƏT-in Parlament Assambleyası aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidəçi missiyası göndərəcək.

Mynews.az-ın Sechki-2018.az-a istinadən məlumatına görə, bu barədə ATƏT saytında yerləşdirilən məlumatda bildirilir. 

Nilza de Sena (portuqaliyalı deputat) xüsusi koordinator və ATƏT-in 300-dən çox üzvü olan qısamüddətli müşahidəçilər missiyasının rəhbəri funksiyalarını yerinə yetirəcək, Marqaret Kiner Nellen (isveçrəli deputat) isə ATƏT PA-nın 20-dən çox ölkədən olan təxminən 40 parlament üzvündən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.

Nilza de Sena bidirib:

“Beynəlxalq müşahidəçilər kimi bizim vəzifəmiz seçki prosesi haqqında öz imkanlarımız və biliklərimiz daxilində məlumat verməkdən ibarətdir”.

Portuqaliyalı parlament üzvü Sena ATƏT PA-nın İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit üzrə Komitəsinin sədridir.

Marqaret Kiner Nellen öz növbəsində bildirib:

“Bu mühüm seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik etmək və Azərbaycan xalqı ilə həmrəyliyimizi nümayiş etdirmək mənim üçün böyük şərəfdir.

ATƏT PA hər missiyasına böyük əhəmiyyət verir və bütün seçkiləri 1990-cı ildə ATƏT-in Kopenhagen Sənədində razılaşdırılan öhdəliklər əsasında qiymətləndirir”.

Aprelin 11-də Azərbaycan keçiriləcək prezident seçkilərində Parlament Assambleyası səfir Koriyen Yonkerin başçılıq etdiyi ATƏT-in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosunun missiyası və Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri ilə sıx əməkdaşlıq edəcək.

Müşahidəçilərin birgə məruzəsi aprelin 12-də Bakıda mətbuat konfransında təqdim olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...