Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan XİN Gürcüstanda şaxtada baş verən qəza ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanda şaxtada baş vermiş qəza ilə əlaqədar başsağlığı verib.

Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

"Mindeli şaxtasında baş vermiş qəza ilə əlaqədar ölənlərin ailələrinə, eləcə də qonşu və dost Gürcüstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq", - XİN-dən bildirilib.

Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...