Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan MDB XİN Şurasının iclasında iştirak edir

Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası öz işinə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, ölkəni iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Türkmənistan, Moldova və Ermənistan nümayəndələri də iştirak edir.

Görüşün gündəliyinə siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, MDB ölkələrinin xarici siyasət idarələri arasında qarşılıqlı fəaliyyətə aid 12 məsələ daxildir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...