Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni generaldan şok etiraf - “2016-cı ildə baş verənlər...”

“2016-cı ilin aprelində baş verənlər erməni xalqı üçün faciəvi oldu”.

"Aprel sindromu” erməni hakimiyyəti, bütövlükdə cəmiyyətində elə bir xof yaradıb ki, belə görünür onlar hələ uzun müddət bundan yaxa qurtara bilməyəcək. Ötən əsrin 90-ı illərində rusların dəstəyi və Azərbaycandakı xaosdan yararlanaraq torpaqları işğal edən hərbi xunta ümid edirdi ki, Azərbaycan ordusu 90-cı illərin səviyyəsində qalıb. Lakin Azərbaycan ordusu dörd günlük hərbi əməliyyatları ilə ermənilərdə hökm sürən bu əhval-ruhiyyəni alt-üst etdi, həm də ən əsası, erməni cəmiyyətini stress vəziyyətinə saldı. Yeri gəlmişkən, erməni mətbuatı hələ də həmin hadisələrlə bağlı hakimiyyəti sərt şəkildə tənqid etməkdə davam edir. "Birinci Erməni”- 1in.am agentliyinə müsahibəsində separatçı Dağlıq Qarabağ rejiminin keçmiş müdafiə naziri Norat Ter-Qriroqyan bildirir ki, 2016-cı il aprelində baş verənlər erməni xalqı üçün faciəvi olub. Ardınca o, Ermənistan Xarici İşlər Nazirliyini səriştəsizlikdə, Dağlıq Qarabağın erməni torpağı olduğunu sübuta yetirə bilməməkdə ittiham edir. 
Saytda dərc olunan başqa bir materialda "Aprel müharibəsi nəyi dəyişdi” sualı ilə çıxış edilir. Müəllif iddia edir ki, "Azərbaycan hərbi-nöqteyi nəzərindən "gözlənilməz və qəfil element”likdən çıxış edib. Bununla da separatçıların müdafiə qabiliyyətini qırmaq və qoşunların təmas xəttində qüvvələr balansını dəyişmək niyyətində olub. Son 15 ildə Azərbaycan iqtisadi sahədə ciddi uğur, inkişaf əldə edib. Ən müasir silahlar və hərbi texnika alan Azərbaycan təbii ki, bu üstünlüyünü reallaşdırmalı idi. Hərbi nailiyyət Bakıya danışıqlar prosesində daha güclü mövqedən çıxış etməyə imkan verə bilərdi”, - deyə müəllif yazır. Erməni nəşri iddia edir ki, həmin hadisələr zamanı ermənilər 91 hərbçi (qeyri-rəsmi məlumatlara görə, 200-dən çox) itiriblər. Onların 74-ü hərbçi, 17-si könüllü olub. Daha sonra müəllif Azərbaycan ordusunun ələ keçirdiyi strateji yüksəkliklərdən, ərazilərdən bəhs edib. Onun sözlərinə görə, belə yüksəkliklərdən biri Lələtəpədir. "Bundan bir qədər sonra isə Azərbaycan tərəfi Cocuq Mərcanlı kəndində insanların məskunlaşması barədə xəbər yaydı. Bu yüksəklik ələ keçirilmədən Cocuq Mərcanlının təhlükəsizliyi təmin oluna bilməzdi”, - deyə müəllif yazır. Agentliyin təqdim etdiyi materialda aprel hadisələri ilə bağlı ekspertlərin fikirləri də yer alıb. Həmin fikirlərdə aprel hadisələri zamanı ölən hərbçilərinin sayı barədə ziddiyyətli fikirlər səslənir. Məsələn, "Müəssisələr parlamenti”nin təsisçisi, veteran Jirayir Səfilyan bildirib ki, Ermənistan hakimiyyət orqanları həqiqəti insanlardan gizlədir. "Hakimiyyət bildirir ki, düşmən cəmi bir neçə yüz metr irəliləyə bilib. Halbuki, erməni tərəfi Talış istiqamətində 700 hektar ərazi itirib. 
2016-cı il hadisələri ilə bağlı "1in.am”a açıqlamasında politoloq Aleksandr Skakov bildirib ki, aprel döyüşlərindən sonra müharibə təhlükəsi daha da güclənib. Məhz aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda sammitlər keçirildi və həmin tədbirlərdə qoşunların təmas xəttində atəşkəsə nəzarətin gücləndirilməsi barədə qərar qəbul edildi. Lakin əvvəlki kimi ortada nəticə yoxdur. Fərq ondadır ki, Minsk qrupu əvvəlkindən daha aktivdir”, - deyə rusiyalı ekspert bildirib. Onun qənaətincə, yaxın aylar üçün müharibənin yenidən başlanması təhlükəsi mövcud deyil: "Gələcəkdə nə baş verəcəksə, bəlli deyil”. 
Hərbi analitik Leonid Nersisyan öz növbəsində hesab edir ki, "aprel hadisələri danışıqlar prosesinə güclü təsir etdi”. Onun fikrincə, hazırda danışıqlar prosesi daha çox imitasiyaya xarakteri daşıyır”. O, etiraf edir ki, aprel müharibəsi erməni tərəfini əməllicə ayıltdı, onu ciddi nəticələr çıxarmağa, ordunu yenidən qurmağa vadar etdi. "Uzun illər göz yumulan problemlər aprel hadisələrindən sonra həlini tapmağa başladı”, - deyə o bildirib.
Bütün bunların fonunda isə aprel hadisələri və bütövlükdə işğal altında olan torpaqlarda məhv edilən erməni əsgərlərinin anaları etiraz aksiyaları keçirməkdədirlər. Onlar Müdafiə Nazirliyinin ordunun modernləşməsi ilə bağlı 7 illik proqramını mənasız hesab edirlər. "Serj Sarkisyan özündən başlamalıdır. Orduda baş verən bütün qətllər onun əlindən keçir, bütün korrupsiya əməlləri onun tərəfindən baş verir. Onun proqramları ilə heç nə dəyişməyəcək. Sistem dəyişməlidir. Serj Sarkisyan öz quldur dəstəsi ilə getməlidir, yeni nəsil gəlməlidir”, - deyə erməni əsgər analarının təmsilçisi Nana Muradyan bildirib. Onunla övladları məhv edilən analar da razıdır. "Mən də inanmıram. Balıq başdan iylənir. Bu ölkədə nəyinsə dəyişməsi üçün Baqramyan 26-ın başını kəsmək gərəkdir. Bax o zaman nəsə dəyişə bilər. Oliqarxların hakimiyyəti zamanı isə bütün bunlar mümkün deyil”.//Kaspi

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...