Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ordumuz Ağdərədəki bu obyekti niyə məhv etmədi? - VİDEO

İki il öncə Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində baş verən Aprel savaşı bir çox maraqlı və qeyri-adi hadisələrlə yadda qalıb.

Mynews.az xəbər verir ki, döyüşlərlə bağlı diqqətçəkən məlumatlar Ermənistanın “Nyus.am” saytında da yer almışdı. Bu xəbərlərdə erməni ordusunun hazırlıqsız yaxalanması, bacarıqsızlığı, cəbhəboyu ərazilərdə yaşayan ermənilərin yaşadıqları evləri tərk edib qaçmaları və s. məqamlar öz əksini tapmışdı.

Qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə baş verib. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olub. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad olunub.

Yuxarıda sadalanan məlumatlar arasında ən maraqlı məqamlardan birini yutuber Vüsal Məmmədzadənin hesabından oxucularımıza təqdim edirik./Axar.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...