Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rəsmilər hansı seçki məntəqəsində səs verəcək?

11 aprel növbədənkənar prezident seçkilərinə cəmi iki gün qalır.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Qeyd edək ki, səsvermə hüququna malik olan seçicilərin böyük əksəriyyətinin ayın 11-də seçki məntəqələrinə gələrək, istədikləri namizdə səs vermələri gözlənilir.

Bəs görəsən, ölkənin tanınmış, məşhur simaları və rəsmi şəxsləri harada və hansı seçki məntəsəsində səsvermə hüququndan istifadə edəcəklər?

Ölkə Prezidenti, hazırda səkkiz prezidentliyə namizəddən biri olan İlham Əliyev bu günə kimi, eləcə də, sonuncu 26 sentyabr 2016-cı il referendumunda Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.

Ölkə başçısının ailə üzvləri ilə birlikdə yenə həmin seçki məntəqəsində səs verəcəkləri gözlənilir.

Baş nazir Artur Rasi-zadə qeydiyyatda olduğu 16 saylı Yasamal ikinci Seçki Dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcək.

Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin bu dəfə də  29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcəyi bildirilir.

Milli Məclisin (MM) sədri Oqtay Əsədov isə Bakının 7 saylı məktəbində yerləşən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...