XİN: Bəzi internet resursları saxta xəbərlər yayır

Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şər və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır.
Mynews.az-ın məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə “Photoshop” elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.
“Saxta məlumatlar vasitəsilə onlar seçkiləri azad, demokratik və şəffaf şəkildə izləyən beynəlxalq və yerli müşahidəçiləri yanlış istiqamətə yönləndirmək, aldatmaq və nəticə etibarilə, onlar tərəfindən hazırlanacaq yekun hesabatlara təsir etmək kimi çirkin məqsədlər güdürlər.
Beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad, demokratik və şəffaf şəkildə izləmələri üçün bütün şərait yaradılıb və onlar yerlərdə vəziyyətlə tanış olmaq üçün zəruri imkanlara malikdirlər”, - deyə H. Hacıyev vurğulayıb.
Siyasət
- Pensiya alanlara ŞAD XƏBƏR - 50 manat əlavə olunacaq
- Paşinyan: "İrəvan Bakı ilə dəmir yolu əlaqəsini açmağa hazırdır"
- Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqlədi
- İlham Əliyev Rusiyaya rəsmi etiraz bildirdi
- İlham Əliyev Rusiyaya getdi
- Azərbaycan Prezidenti: "Ermənistan istənilən düşmənçilik hərəkətlərindən çəkinməlidir"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR 1140 dəfə oxunub
- Hava ilə bağlı - XƏBƏRDARLIQ 1081 dəfə oxunub
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA 1074 dəfə oxunub
- Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü - Azərbaycanda şok hadisə 1070 dəfə oxunub
- Xalq artisti Vaqif Əsədov vəfat etdi 1057 dəfə oxunub