Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əcnəbi deputatlar seçkilərə münasibət bildiriblər - YENİLƏNİB + FOTO

Azərbaycanda prezident seçkiləri qanunauyğun şəkildə keçirilib.

Mynews.az xəbər verir ki, bunu MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri İlyas Umaxanov mətbuat konfransında deyib.

O bildirib ki, Qafqazda platforma və proqram deyil, şəxsiyyətin nüfuzunun olması vacibdir. Prezident İlham Əliyev nüfuzlu liderdir.

Umaxanov əlavə edib ki, seçkilərə çox böyük maraq müşahidə ediblər. O, seçkilərlə bağlı səlahiyyətli qurumların fəaliyyətini də qeyd edib. Mükəmməl şəkildə seçki təşkilatçılığına görə Azərbaycan xalqını təbrik edib. 

11:36

Azərbaycanda seçki prosesi səmərəli və peşəkar qaydada aparılıb.

Mynews.az xəbər verir ki, bunu prezident seçkiləri ilə bağlı keçirdiyi mətbuat konfransında Finlandiya Müşahidəçilər qrupunun üzvü, sabiq millət vəkili Juha Korkeaoja deyib.

O bildirib ki, seçkilər Avropa standartlarına uyğun keçirilib:

“Seçki günü məntəqələr yaxınlığında kampaniya aparılmayıb, məntəqələrə sərbəst və məhdudiyyətsiz giriş var idi. Seçki prosesinə heç bir kənar müdaxilə qeydə alınmayıb”.

Onun sözlərinə görə, çoxsaylı müşahidəçinin MSK tərəfindən akkreditasiya edilməsi şəffaflığın artırılmasına öz töhfəsini verdi.

Bundan əlavə, müşahidəçilər səslərin sayılmasını yaxından izləyib və heç bir mühüm problem qeydə alınmayıb:

“Beləliklə, bu qənaətə gəlirik ki, seçkilər beynəlxalq normalara uyğun, şəffaf, ədalətli və azad mühitdə keçirilib”.

11:18

Seçki məntəqəsinələrində müşahidə apardıq. Seçicilər sərbəst şəkildə səs verirdilər. Onlara heç bir təzyiq yox idi. Heç bir kənar təsir olmadan  səslərini verib gedirdilər.

Mynews.az-ın məlumatına görə, bunu Serbiyalı deputat, vitse-spiker Veralub Arsiç prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Həmçinin Bosniyalı deputat Predraq Kozul da seçki ilə bağlı fikirlərini bildirib:

“Biz dost dövlətlərik. Biz dost xalqlarıq. Dövlətlərimiz və xalqlarımız arasında gözəl münasibətlər, gələcək inkişaf üçün böyük potensial var. Odur ki, bu şeçkilər münasibətilə hamınızı təbrik edirik və uğurlar arzulayırıq”.

10:56

Seçkilərin demokratik və ədalətli şəkildə keçdiyini bəyan edirik. İlk dəfə olaraq türkdilli dövlətlərin nümayəndəsi kimi seçkiləri əməkdaşlıq formatında müşahidə etdik. Müəyyən təcrübə və normaların formalaşmasını gördük. TürkPA adından bizə yaradılan şəraitə görə Azərbaycana təşəkkür edirik.

Mynews.az-ın məlumatına görə, bunu TürkPA baş katibi Altınbek Mamayusupov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

10:35

Azərbaycandakı seçkilərin Azərbaycan xalqına xeyirli-uğurlu olmasını arzu edirik. Seçkilər çox demokratik oldu. Seçkilərin nəticələrinə mənfi təsir göstəcək heç nə yoxdur və heç bir pozuntu ilə rastlaşmadıq. Seçkilər tam beynəlxalq standartlara və normalara uyğun keçirildi.

Mynews.az-ın məlumatına görə, bunu Türk Şurasının müşahidə Missiyasının rəhbəri Ömər Kocaman prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

10:14

Biz seçkilərdən çox razı qaldıq. Seçkilər çox gözəl təşkil olunmuşdu. Böyük seçici fəallığı, aktivliyi vardı. Bu seçkilər münasibətilə də hamınızı təbrik edirik.

Mynews.az-ın məlumatına görə, bunu Litva parlamentinin deputatı Valeriyus Simulik prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

09:43

Azərbaycanda seçkilər normal olub. Yeddi seçki məntəqəsində olduq və hər şey çox gözəl təşkil olunmuşdu. Seçicilər üçün hər cür şərait yaradılmışdı. Ona görə deyə bilirəm ki, seçkilər normal keçdi.

Mynews.az-ın xəbərinə görə, bunu Böyük britaniyalı deputat David Morris deyib.

09:36

Dünən təxminən 10 seçki məntəqəsində olduq. Azərbaycanda seçkilər çox demokratik şəraitdə keçirildi, heç bir qanun pozuntusuna rast gəlmədik. 

Mynews.az-ın məlumatına görə, bunu Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov deyib. 

“Səsvermə bərabərhüquqlu şəkildə baş tutdu. İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə Azərbaycan xalqını  təbrik edirəm”, - deyə o bildirib.

09:27

Mən ilk öncə Azərbaycan parlamentinə minnətdaram. Çünki ilk dəfədir buradayam və çox hörmətlə qarşılandıq. Biz 14 seçki məntəqəsində olduq və deyə bilirəm ki, seçkilər demokratik keçdi. Xalqınıza uğurlar arzu edirəm.

Mynews.az-ın xəbərinə görə, bunu çexiyalı deputat Yirji Valenta prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Öz növbəsində rumıniyalı deputat Viktor Ponta bildirib ki, Azərbaycanda seçkilər demokratik şərtlərə uyğun olub:

“Seçkilər beynəlxalq standartlara cavab verir. Biz mövqeyimiz tam olaraq yazılı şəkildə bildirəcəyik”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...