Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərkisyan hökuməti İrəvandan çıxır - Gərginlik

Ermənistan hökuməti İrəvandan qaçmağa başlayıb.
Mynews.az Axar.az-a istinadən bildirir ki,, bu barədə informasiyanı "Joxovurd" qəzeti yayıb.
"İrəvanın mərkəzində keçirilən dördgünlük aksiyadan sonra etirazçılar bu gün Respublika Partiyasının Məlik Adamyan küçəsində yerləşən ofisi qarşısında aksiya keçirməyi planlaşdırırlar. Bu ofisdə partiya şurasının iclasının keçirilməsi və Serj Sərkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi nəzərdə tutulub. Lakin Respublika Partiyası iclasın keçirildiyi məkanı dəyişdirməyi planlaşdırıb. İclasın İrəvan yerinə Tsaxkadzorda keçirilməsi haqqında qərar qəbul edilib. Hökumət bu addımı Avropa Birliyi ilə razılaşma imzaladığı zaman etirazçılarla toqquşmamaq üçün atıb" - deyə qəzet bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...