Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda İlham Əliyevin şərəfinə yaylım atəşi açıldı

Aprelin 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

Mynews.az xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Azərbaycan Respublikası prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...