Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlham Əliyev: Antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır

Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb.

Mynews.az-ın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün parlamentdə andiçmə mərasimində deyib.

“Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur”, - deyən prezident bildirib ki, Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və  bu da tarixin zibilxanasıdır:

“Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi.

Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...