Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputat: Prezident bütün məsələlərə toxundu

Prezidentin nitqini dinlədikcə, bir daha prezidentimizlə, ona etimad göstərən, mandat verən xalqımızla, müdrik və qədirbilən Azərbaycan vətəndaşları ilə qürur duydum, fəxr etdim.

Mynews.az xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva deyib.

Millət vəkili Sona Əliyeva da həmkarları kimi, İ.Əliyevi parlamentdəki andiçmə mərasimindən sonra növbəti yeddi il müddətinə prezidentlik fəaliyyətinə başlaması münasibəti ilə təbrik edib, dövlət başçısına Azərbaycan naminə bundan sonrakı fəaliyyətində və addımlarında yeni uğurlar, zəfərlər arzulayıb.

“Ölkə prezidenti cənab İlham Əliyev bu gün uzun illər yaddaşlarda qalacaq, unudulmyacaq proqram xarakterli geniş nitq söylədi, ciddi mesajlar səsləndirdi.

Ölkəmizlə, xalqımızla, gələcək inkişafımızla, dünyamızla bağlı elə bir məsələ olmadı, elə bir məqam qalmadı ki, çıxışında ona toxunmasın, ona münasibət bildirməsin. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox dərin məzmunlu fikirlər bəyan etdi, yeni yanaşma ortaya qoydu.

İlham Əliyevin nitqini dinlədikcə, bir daha prezidentimizlə, ona etimad göstərən, mandat verən xalqımızla, müdrik və qədirbilən Azərbaycan vətəndaşları ilə qürur duydum, fəxr etdim.

Fəxr etdim və edirəm ki, belə bir xalqın övladıyım, belə bir müdrik rəhbərin, liderin prezidentlik etdiyi ölkənin vətəndaşıyam.

İlham Əliyev bizim hər birimizin fəxridir, qürurumuzdur, iftixar mənbəyimizdir.

Allah onu da, ailəsini də, Azərbaycanımızı da qorusun!

İnanıram və qəti əminəm ki, onun liderliyi ilə hələ çox qələbələrə, zəfərlərə imza atılacaq.

Azərbaycanımızın İlham Əliyevin liderliyi, rəhbərliyi altında böyük qələbələri, zəfərləri hələ qabaqdadır. Buna kimsənin şübhəsi olmasın”, - deyə millət vəkili əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...