Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Minsk qrupunun sabiq həmsədri vəfat etdi

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun sabiq fransalı həmsədri Bernar Fasye vəfat edib.

Mynews.az xəbər verir ki, bu barədə Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva “Facebook” səhifəsində yazıb. 

M. Fətəliyeva Azərbaycanın dostu kimi təqdim etdiyi B. Fasyenin ölümünün onu hədsiz kədərləndirdiyini deyib.

Qeyd edək ki, B.Fasye 2004-cü ilin sonundan 2011-ci ilədək ATƏT-in Minsk qrupunun həmsədri olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...