İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir
Ermənistanda baş verən iğtişaşlar vətəndaşların uzun illərdir hərbi xunta rejiminin həyata keçirdiyi təcrid siyasətinə qarşı etirazdır. Bu ölkədə həyat səviyyəsi oduqca aşağı, işsizlik və kasıblıq həddindən artıq çoxdur. Miqrasiya və demoqrafik problemlər, əhali sayının azalması ermənilərin genefondunu təhdid edən həddə çatıb. Ona görə də ermənilər növbəti mərhələni də qatil Sarqsyan rejiminin zülmü altında keçirmək istəmir.
Mynews.az-ın məlumatına görə, bu barədə Milli.Az-a Ermənistanda baş verən iğtişaşlarla müşayiət olunan son hadsiələri şərh edən Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.
Millət vəkilinin sözlərinə görə, əgər ənənəvi olaraq Ermənistanda mövcud olan regionçuluq problemləri də nəzərə alınsa, o zaman demək olar ki, İrəvan erməniləri "Qarabağ klanı" kimi tanınan və legitimliyi əsla qəbul edilməyən quldur dəstədən birdəfəlik yaxa qurtarmaq istəyir: "Məsələ ondadır ki, yeni seçilən prezident irəvanlı olsa da, əlində real hakimiyyət rıçaqları yoxdur və bundan sonra da Ermənistanı de-fakto baş nazir Sarqsyan idarə edəcək. Bu isə o deməkdir ki, problemin kökləri daha da dərindir və siyasi qarşıdırma və ziddiyətlər bundan sonra da artmaqda davam edəcək. Hətta mümkündür ki, Prezident Armen Sarqsyanın tərafdarları olan siyasi mərkəzlər Baş nazir Sarqsyana qarşı bu etirazı gizli şəkildə dəstəkləsinlər, ya da artıq dəstəkləyirlər".
Ermənistandakı daxili problemin Dağlıq Qarabağ probleminin həllinə təsiri məsələsinə gəlincə, H.Babaoğlu hesab edir ki, bununla bağlı hansısa qənaət ifadə etmək hələ tezdir: "Aydın olan bir məsələ var ki, Ermənistanın regionda səfil və dilənçi dövlət halına düşməsinin əsas səbəbi onun işğalçılıq siyasəti və Azərbaycanın bu işğalçı ölkəni bütün regional və qlobal layihələrdən kənarda qoymasıdır. Düşünürəm ki, sıravi ermənilər bunu dolayısıyla da olsa, gözəl başa düşürlər və işğal faktı ortadan qalxmayandək də vəziyyətin dəyişməyəcəyini bilirlər. Ona görə də etirazçılar nə qədər tez özlərində cəsarət tapıb Ermənistan hakimiyyətini işğalçılıq siyasətindən əl çəkinməyə açıq şəkildə çağırsalar, bir o qədər də məsələ onların maraqlarının lehinə olar. Ancaq erməni cəmiyyəti mövcud hakimiyyətin təkcə idarəetmə işğalı altında deyil, həm də ideoloji işğalı altındadır. Ona görə də işğalçılıq siyasətinə son qoymaqla bağlı çağırışlar etməyə hələ o qədər də hazır deyillər. Ancaq seçkilər zamanı bəzi siyasi qüvvələrin bu məsələni açıq şəkildə gündəmə daşımaq cəsarəti göstərmələri belə deməyə əsas verir ki, nə vaxtsa etirazçılar bu addımı da ata bilərlər. Əsas məsələ isə odur ki, ermənilər artıq başa düşürlər ki, ümid etdikləri kimi Azərbaycanın torpaqlarını işğal altında uzun müddət saxlaya bilməyəcəklər. Azərbaycan güclü dövlətdir və beynəlxalq şərtlər lehinə olan kimi ilk fürsətdə öz torpaqlarını azad edəcək"
.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 992 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 968 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 957 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 956 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 953 dəfə oxunub