Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni nazirlər hansı tanınmışların övladıdır?

Nazirlər Kabinetinin ötən gün təsdiqlənən yeni tərkibində yer verilən gənclərin tanınmış nəsillərin davamçısı olduğu üzə çıxıb.​

Mynews.az Axar.az-a istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən 38 yaşlı Sahil Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gətirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Bakının məşhur prokuroru (1994-98) Şükür Rzayevin oğludur. Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilən İnam İmdad oğlu Kərimovun ailəsi də öz intellekti və yüksək təhsili ilə seçilir. Onun qardaşı Mətin Kərimli hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsini daşıyır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...