Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar - FOTOLAR

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin bölmələrində olublar. Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ombudsman Aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyətin suallarını cavablandırıblar. Aparatın əməkdaşları əsgər yataqxanalarına, yeməkxanalara, tibb məntəqələrinə, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyətini, asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...