Bəhruz Quliyev: Erməni xalqı Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtardı
Artıq bir müddətdir ki, “Serj, hakimiyyətdən rədd ol!” deyən erməni xalqı zorən konstitusiyanı dəyişib baş nazir vəzifəsini ələ keçirən Serj Sarkisyanı hakimiyyətdən qovdu. Serj Sarkisyan Ermənistanda dövlətin və xalqın problemlərini nəinki həll edə bilməyən, hətta daha ağır məhrumiyyətlərə düçar edən diktatura rejimi yaratmışdı. Bu xunta rejiminə dözməyən xalq onu istefa verməyə məcbur etdi.
Mynews.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev bildirib.
O vurğulayıb ki, 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın biabırçı məğlubiyyətindən sonra erməni xalqı başa düşdü ki, Serj Sarkisyan dövlətin başında durmağa yararlı şəxs deyil. Sarkisyanın yeritdiyi xarici siyasət ölkəni bütün beynəlxalq layihələrdən təcrid etməklə yanaşı, xalqı ağır duruma salmışdı. Odur ki, narazı xalqın bu diktator rejimə qarşı üsyanı zərurətə çevrilmişdi. Nəhayət, Ermənistandakı hərbi xuntanın başçısı, Xocalı faciəsinin təşkilatçılarından biri olan Serj Sarkisyan xalqın bir an belə səngiməyən təzyiqi altında yeni “seçildiyi” baş nazir vəzifəsindən istefa verməyə məcbur oldu. Bir sözlə, erməni xalqı son on ildə ona misli görünməmiş fəlakətlər yaşatmış cinayətkar rejimi yıxmağı bacardı. Bununla da erməni xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girovluqda saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtara bildi. Artıq erməni xalqı Xocalı soyqırımının əsas səbəbkarını hakimiyyətdən qovmaqla öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı. Erməni xalqı bundan sonra legitim hakimiyyət formalaşdırmalıdır. Bu hakimiyyət, ilk növbədə, işğalçılıq əməllərindən əl çəkməli və regional əməkdaşlığa can atmalıdır. Bu günə qədər Serj Sarkisyanın ambisioz siyasəti Ermənistana beynəlxalq aləmdə işğalçı ölkə imicini qazandırıb. Bu siyasət Ermənistanı mafioz qruplaşmaların idarə etdiyi obyektə çevirib. Serj Sarkisyanın hakimiyyətdən qovulması bir daha erməni xalqına düzgün istiqamətdə inkişaf etməsi üçün tarixi şans yaradıb. Bundan sonrakı məsələlərdən biri də Sarkisyanın soyqırımı təşkilatçısı kimi məsuliyyətə cəlb edilməsi və beynəlxalq tribunal qarşısında cavab verməsidir.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 922 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 560 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 559 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 559 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 553 dəfə oxunub