Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq - YENİLƏNİB

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.

Mynews.az xəbər verir ki, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

10:16

Ankarada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Mynews.az xəbər verir ki, məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Bildirilib ki, R.T.Ərdoğan 11:30-da  Azərbaycan prezidenti İlham Əliyevi öz iqamətgahında qarşılayacaq. Bundan sonra iki ölkə liderlərinin təkbətək görüşü olacaq. 

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. 

Görüş rəsmi nahar yeməyi ilə başa çatacaq.

Qeyd edək ki, aprelin 24-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük rəsmi səfəri başlayıb.

Bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfəridir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...