Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milli Məclisin iki komitəsinə yeni üzvlər seçiləcək

Azərbaycan Milli Məclisinin hökumətdə təyinat alan deputatlarının qanunverici orqanın komitələrində boş qalan yerlərinə namizədlər irəli sürülüb.

Mynews.az-ın verdiyi xəbərə gröə, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasında deputat Azər Badamov və Eldəniz Səlimovun parlamentin Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmovun isə Mədəniyyət komitəsinin üzvü seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...